"Vasko da Qama" fransalı yarımmüdafiəçi Dimitri Paye ilə anlaşmanı erkən bitirdiyini rəsmən elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə Braziliya klubu "X" sosial şəbəkə hesabı üzərindən məlumat yayıb .
Bildirilib ki, tərəflər müqaviləni ləğv etmək üçün qarşılıqlı razılığa gəliblər.
Paye 2023-cü ildən "Vasko da Qama"da çıxış edirdiqoşulub. Bu müddət ərzində o, 77 oyun keçirib, 8 qol vurub və 16 məhsuldar ötürmə edib.
Fransalı ulduz karyerası ərzində “Nant”, “Lill”, “Olimpik Marsel”, “Vest Hem” və digər klublarda da çıxış edib. Yarımmüdafiəçi Fransa millisində 38 oyun keçirib və hesabında 8 qol var.
Mirağa