Kiyev Futbol Hakimləri Kollegiyasının 43 yaşlı hakimi Vasili Qandziy müharibədə həlak olub .
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Qandziy "Smena" (Kiyev) klubunun yetirməsi olub. Daha sonra hakimliyə başlayıb. Onun qardaşı Aleksey Qandziy hazırda "Titan" (Kiyev) komandasında məşqçi işləyir.
Mərhum hakimlə vida mərasimi bu gün - iyunun 10-da baş tutacaq.