Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.