"Tottenhem"in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən paylaşım edərək yayıb.
Vakant postu danimarkalı Tomas Frank tutacaq. 51 yaşlı mütəxəssisin çalışdırdığı “Brentford” onu “Tottenhem”ə buraxmağa razılaşıb.
"Arılar" 2018-ci ildən komandaya rəhbərlik edən mütəxəssisə görə London klubundan təxminən 12 milyon avro təzminat alacaq.
"Tottenhem" iyunun 6-da ötən mövsüm Avropa Liqasını qazanan baş məşqçisi Ange Postekoğlunu istefaya göndərib.
Londonlular İngiltərə Premyer Liqasının son mövsümünü 38 xalla 17-ci yerdə başa vurub.
Mirağa