Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalarının Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.