"Yuventus"u yeni mövsümdən çalışdıracaq mütəxəssisin kimliyinə aydınlıq gəlib.
Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İqor Tudor 2025/2026 mövsümündə də Turin nəhənginin baş məşqçisi olaraq qalacaq.
Klubun yeni təyin olunmuş baş direktoru Damyen Komolli bu barədə mətbuat konfransı keçirərək ictimaiyyəti məlumatlandırıb.
Xatırladaq ki, “Yuventus” ötən mövsüm İtaliya çempionatını 4-cü pillədə başa vurub və növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək.
Tudor 2025-ci ilin martında Turin klubunun baş məşqçisi təyin olunub.