Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçu Lionel Messidən asılılığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, ESPN təcrübəli mütəxəssisin fikirlərini belə təqdim edib:
"Argentina millisi indi həm Messili, həm də onsuz eyni futbolu oynayır. İndiyədək belə hal olmayıb. İndi biz bu ehtiyacdan xilas olmuşuq və komanda eyni şəkildə işləyir. Bu, əladır".
Xatırladaq ki, Argentina millisi son dünya çempionudur. Üstəlik, argentinalılar növbəti dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıblar.
Mirağa