"Atalanta"nın qapıçısı Xuan Musso İtaliyanı İspaniyaya dəyişib.
Fanat.Az xəbər verir ki, Berqamo klubu 31 yaşlı qolkiperin "Atletiko Madrid"ə keçidini rəsmən açıqlayıb.
Musso 2024/2025 mövsümündə icarə əsasında Madrid klubunda çıxış edib, lakin indi tərəflər tam anlaşmanı rəsmiləşdirib. Mətbuatın məlumatına görə, Mussonun alışı "Atletiko"ya 3 milyon avroya başa gəlib.
Argentinalı qapıçı ispanların heyətində 9 oyun keçirib və bu matçlarda 6 qol buraxıb. Xuan əsasən İspaniya kuboku oyunlarında meydana çıxıb.
Qeyd edək ki, "Atletiko" La Liqa mövsümünü 3-cü pillədə başa vurub.
Mirağa