"Mançester Siti" rəsmi saytı vasitəsilə yeni transferi ilə bağlı məlumat yayıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi heyətini “Olimpik Lion”un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerki ilə gücləndirib.
21 yaşlı Şerki "Mançester Siti" ilə 2029/2030 mövsümünün sonuna qədər - 5 illik müqavilə imzalayıb. Mətbuat futbolçunun transferinin "Mançester Siti"yə təxminən 40 milyon avroya başa gəldiyini iddia edir.
Şerki Fransa millisinin heyətində 5 iyunda - Millətlər Liqasının yarımfinalında İspaniya ilə oyunda debüt edib. Həmin axşam futbolçu bir qol və bir məhsuldar ötürmə edib.
"Mançester Siti"nin növbəti oyunu iyunun 18-də klublararası dünya çempionatında "Vidad Kasablanka"ya qarşı olacaq.