Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının DÇ-2026-nın final mərhələsinə sona 2 oyun qalmış çıxmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "Globo" italiyalı mütəxəssisin fikirlərini belə çatdırıb:
"Oyuna yaxşı nəzarət edirdik. Baxmayaraq ki, bu, həmişə zərbələrlə müşaiyət olmurdu. İkinci hissədə oyun bir qədər zəiflədi, lakin ümumilikdə biz yaxşı əlaqələndirilmiş komanda oyunu nümayiş etdirdik ki, bu, ümidvericidir. Turnir əhəmiyyətinin qalmamasına baxmayaraq, son iki seçmə oyunu da bizim üçün vacibdir".
Xatırladaq ki, braziliyalılar bu gün evdə Paraqvay yığmasına 1:0 hesabı ilə qalib gələrək mundialda iştirakını təmin ediblər. "Pentakameonlar" üçün yeganə qolu birinci hissənin sonunda Vinisius Junior vurub.
Mirağa