Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” sıralamada ötən dəfə ilə müqayisədə beş pillə geriləyib.
Azərbaycan çempionu hazırda 144,75 xalla 119-cu yerdədir.
Digər klublarımıza gəlincə, “Zirə” (95,75 xal) bir addım irəliləyərək 232-yə yüksəlib. Ölkə kubokunun qalibi “Sabah” (76 xal) 50 pillə irəliləyərək 317-ci olub. Ölkəmizi avrokubokda təmsil edəcək digər komandamız “Araz-Naxçıvan” 61,25 xalla 446-cıdır.
Birinci pillədə İspaniya təmsilçisi “Real” (470 xal) qərarlaşıb. “Barselona” (434 xal) ikinci, İtaliyanın “İnter” klubu (419) üçüncüdür.