17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev qəbələ toplanışı çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə baş tutan oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri yoxlama görüşü barədə AFFA-nın mətbuat xidməti belə danışıb:
“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Gösərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.
Qeyd edək ki, U-17 Qəbələ toplanışındakı ilk yoxlama matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.