"Mançester Siti" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhənginin mətbuat xidməti bu barədə açıqlama yayıb.
Niderlandlı yarımmüdafiəçi Teyani Reynders "Milan"ı "Mançester Siti"yə dəyişib. 26 yaşlı yarımmüdafiəçi "şəhərlilər"lə 2030-cu ilin yayına kimi müddətə nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Reynders ötən mövsüm İtaliya çempionatının ən yaxşı yarımmüdafiəçisi olub. Keçən mövsüm o, A Seriyasında 37 matçda iştirak edib və 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Mançester Siti" 2024/2025 mövsümünü Premyer Liqanın üçüncü pilləsində başa vurub.
Mirağa