"Korintians"ın 31 yaşlı hücumçusu Memfis Depay Niderland millisinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində Malta ilə qarşılaşmada (8:0) dubl edən forvard yığmanın bombardiri olub.
"Opta"nın məlumatına görə, 50 qol həddinə çatan Depay "narıncılar"ın heyətində Robin van Persinin nailiyyətini təkrarlayıb.
Maraqlıdır ki, bu 50 qol həddinə çatmaq üçün hər iki futbolçuya eyni sayda - 102 matç lazım olub.
Depay bu mövsüm Braziliyanın "Korintians" klubunda 28 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib.