İngiltərə yığması yoldaşlıq görüşündə Seneqala (1:3) uduzub.
Fanat.Az xəbər verir ki, İngiltərə yığmasının heyətində yeganə qolu “Bayern Münhen”in hücumçusu Harri Keyn vurub.
"Opta Sports"un məlumatına görə, bu qol İngiltərə millisi üçün ilklə əlamətdar olub. Belə ki, Keyn İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında dörd matçın hamısında qol vurub. Bu, isə sözügedən yığmanın tarixində ilk belə haldır. 31 yaşlı hücumçu Seneqaldan öncə Andorra (1:0), Latviya (3:0) və Albaniya (2:0) millilərinin qapısına qol vurub.
İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçını sentyabrın 6-da evdə Andorraya qarşı keçirəcək.