"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Qomes karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Olimpik Marsel" onunla razılığa gəldiyi barədə məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.
Anxel "qırmızı şeytanlar"ın yetirməsidir. O, İngiltərə nəhənginin əsas komandasında 10 rəsmi oyuna çıxçmağa imkan tapıb.
24 yaşlı yarımmüdafiəçi "Olimpik Marsel"ə "Lill"dən azad agent kimi keçib. Anxel ötən mövsüm 20 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Olimpik Marsel" son Fransa çempionatını ikinci yerdə başa vurub və Çempionlar Liqasında çıxış edəcək.