"Mançester Siti"nin hücumçusu Erlinq Holand qapıçı Skot Karsonun komandadan ayrılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, norveçli ulduz forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Hər komandaya onun kimi biri lazımdır. Skott, karyeranın yeni mərhələsində sənə uğurlar".
39 yaşlı qolkiperin gedişi iyunun 9-da açıqlanıb.
Xatırladaq ki, Karson 2019-cu ildən “Mançester Siti”nin oyunçusu idi.
Xosep Qvardiolanın baş məşqçisi olduğu komanda ötən mövsümün sonunda İngiltərə Premyer Liqasını 3-cü pillədə başa vurub.
Mirağa