“Zirə” klubu iki futbolçu ilə müqavilə müddətini yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub təcrübəli qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlayıb.
İsmayıl İbrahimli isə “Qarabağ”dan transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.