"Qarabağ"ın yollarını ayırdığı futbolçulardan İsmayıl İbrahimli son iki mövsümü icarə əsasında oynadığı "Zirə"yə keçdi. Patrik Andradenin də qəsəbə təmsilçisində peyda olacağı deyilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Zirə" bu keçiddə maraqlı olsa da, son anda fikrini müqavilə şərtlərinə görə dəyişib.
Kape Verde millisinin üzvünün tələbləri "qartallar"ı qane etməyib. Beləliklə, Patrikin "Zirə"yə keçidi baş tutmayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ildən 2022-ci ilin mayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. Lakin Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıdıb.
Mirağa