"Şamaxı" ilk legioner transferini yekunlaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi braziliyalı müdafiəçi David Santosla anlaşıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 23 yaşlı futbolçu ilə bütün məsələlərdə razılığa gəlinib. O, təlim-məşq toplanışının startına kimi, konkret, iyulun 4-də Azərbaycana gələcək və tibbi müayinədən keçdikdən sonra yeni komandasının məşqlərinə qoşulacaq.
Santosun son klubu Portuqaliyanın üçüncü liqa təmsilçisi "Kovilya" olub. O, sözügedən komandada keçirdiyi bir mövsüm ərzində 18 matça çıxıb və 2 qolla yadda qalıb. Tam adı David Tomas düş Santos olan futbolçunun "Kovilya" ilə müqaviləsinin müddəti başa çatdığı üçün o, "Şamaxı"ya azad agent kimi qoşulacaq.
Mirağa