İtaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılan Luçano Spalletti özünə dərhal yeni iş tapa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, çalışdırıcı "Əl-Nəsr"dən təklif alıb. Kriştianu Ronaldunun klubu hazırda Stefano Pioliyə əvəzləyici axtarır.
Pioli “Əl-Nəsr”də ilinə 12 milyon avro qazanırdı. Səudiyyə Ərəbistanı klubu Spalettiyə bundan da yüksək maaş təklif etməyə hazırlaşır.
İtaliya millisi bazar ertəsi, iyunun 9-da DÇ-2026-nın seçmə mərhələsində Moldovanı 2:0 hesabı ilə məğlub edib. Spaletti üçün bu görüş onun "Skuadra Adzurra"nın məşqçisi kimi vida matçı olub. 66 yaşlı mütəxəssis 2023-cü ilin yayından İtaliya millisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında AÇ-2024-ün 1/8 finalında münarizədən kənarlaşdırılmışdı.