Rusiya yığmasının sabiq çalışdırıcısı Stanislav Çerçesov Polşa millisinin baş məşqçi postuna mümkün təyinatla bağlı yayılan məlumatlara münasibət bildirib
Fanat.Az xəbər verir ki, "Sport-Express" 62 yaşlı mütəxəssisin dediklərini belə təqdim edib:
"Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa ilə tanışam. Ancaq ondan milli komanda ilə bağlı heç bir təklif almamışam".
Mixal Probej bir neçə gün əvvəl Polşa millisinin baş məşqçi postundan ayrılıb. Polyaklar DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Finlandiyaya 1:2 hesabı ilə uduzublar. Üç oyundan sonra Polşa 6 xalla öz qrupunda üçüncü yerdədir.
Mirağa