“Sabah” komandasının yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib.
Əməliyyatın uğurlu alındığı bildirilib.