Donetsk "Şaxtyor"unun yeni baş məşqçisi Arda Turan klub ətrafında gedən transfer söz-söhbətlərinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, türkiyəli çalışdırıcının fikirlərini klubun rəsmi saytı belə təqdim edib:
"Fakt budur ki, Türkiyədə çoxlu perspektivli futbolçular var. Amma indi həmyerlilərimdən kimisə gətirmək barədə danışmaq yersizdir. Toplanışın əvvəlində "Şaxtyor"un heyətində 32 əla oyunçu, o cümlədən qapıçılar var. Hesab edirəm ki, müəyyən səviyyəmiz var. Amma məşq zamanı görəcəyik. Hazırda çox yaxşı və istedadlı heyət görürəm. Hələ komandada hansı mövqenin gücləndirilməsinə qərar verməmişəm. An etibarilə heç nəyə ehtiyacımız yoxdur, amma məşqə başlayanda, ehtiyac görsəm, transfer edə bilərik.
Bu komanda müdafiədə daha çox çalışmalıdır. Müdafiəniz möhkəm olanda, pis oyunu yaxşı oyuna çevirə bilərsiz. Enerji müdafiədən gəlir. Ona görə də daha çox qaçmalı, daha səmərəli hərəkət etməliyik və müdafiədə güclü olmalıyıq".
Qeyd edək ki, “Şaxtyor” mayın sonunda Marino Pusiçi istefaya göndərib və iyunun əvvəlində Arda Turanla iki illik müqavilə imzalayıb.
Mirağa