"Bolonya"da icarə əsasında çıxış edən "Milan"ın sabiq kapitanı David Kalabriya karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı müdafiəçinin xidmətində "Qalatasaray" və "Beşiktaş" maraqlıdır. Artıq klublar mümkün transferlə bağlı italyana təklif göndəriblər.
Futbolçunun "Bolonya"yla icarə müddəti "Milan"la müqaviləylə eyni vaxtda - 30 iyunda başa çatacaq.
Xatırladaq ki, Kalabriya "Bolonya"ya artıq "Milan"dan qovulmuş Serxio Konseysao ilə münaqişə fonunda qışda qoşulmuşdu.
Müdafiəçi "Bolonya"nın heyətində 13 oyun keçirib, bir məhsuldar ötürmə edib.