"Nyukasl"ın vingeri Entoni Qordon İngiltərədə klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, "Liverpul" onu transfer etməyə can atır. Mersisaydlılar 24 yaşlı ingilis futbolçu üçün 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) ödəməyə hazırdır. O, PSJ tərəfindən transferi əngəllənən Bredli Barkola mümkün alternativ olaraq görülür.
Qordon ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib. "Transfermarkt" futbolçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.
Mirağa