"Real Madrid"in baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" İspaniya nəhəngində debüt etməyə hazırlaşan çalışdırıcının təəssüratlarını belə çatdırıb:
"İlk oyundan əvvəl cəmi üç məşqimiz oldu. Lakin biz bura böyük həvəslə, yaxşı turnir keçirmək və finala yüksəlmək arzusu ilə gəldik".
2025-ci il klublararası dünya çempionatı bu gün, iyunun 15-də start götürüb. İlk oyunda “Əl Əhli” və “İnter Mayami” komandaları üzə gəliblər və görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
"Real" turnirdə ilk matçını Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına qarşı keçirəcək. Qarşılaşma iyunun 18-də baş tutacaq.
Mirağa