İtaliya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi təyinatı ilə bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, yığma Cennaro Qattuzoya tapşırılıb.
47 yaşlı mütəxəssis bu vəzifədə iyunun 19-da ictimaiyyətə təqdim olunacaq. O, bu vəzifədə Luçano Spalettini əvəzləyib.
Tərəflər arasında müqavilənin sonradan iki il artırılmaq ehtimalı ilə bir il müddətinə bağlanacağı gözlənilir.
Xatırladaq ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsinin iki oyununda üç xal qazanmışdı.