ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, açılış gününün mərkəzi qarşılaşmasında Çempionlar Liqasının son qalibi PSJ ilə "Atletiko Madrid" üz-üzə gəliblər.
B qrupunda yer alan Fransa və İspaniya nəhənglərinin duelindən birincilər böyükhesablı qalibiyyətlə ayrılıblar - 4:0. Luis Enrikenin baş məşqçisi olduğu parislilərin heyətində Fabian Luis, Vitinya, Senni Mayulu və Li Kan İn fərqləniblər.
Qeyd edək ki, bu gün baş tutan digər oyunlarda "Əl-Əhli" (Misir) ilə "İnter Mayami" (ABŞ) qolsuz heç-heçəyə razılaşıblar, Almaniya nəhəngi "Bayern Münhen" isə Yeni Zellandiya "Oklend Siti"sini darmadağın edib - 10:0.
Gecə isə daha iki oyun olacaq. Saat 02:00-da A qrupunda yer alan "Palmeyras" (Braziliya) ilə "Portu" (Portuqaliya), saat 06:00-da isə B qrupunun yarışan "Botafoqo" (Braziliya) və "Sietl Saunders" (ABŞ) qarşılaşacaqlar.