"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Fransa çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı serb forvardla PSJ klubu maraqlanır. Çempionlar Liqasının qalibi cari "transfer pəncərəsi"ndə müqaviləni tamamlamağa çalışır.
Vlahoviçin bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Ulduz futbolçu ötən mövsüm "qoca sinyora"nın heyətində 41 matçında iştirak edib. Duşan bu matçlarda 15 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun Turin nəhəngi ilə əmək müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
Mirağa