FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.
İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.