Bosniyalı hücumçu Edin Ceko karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 39 yaşlı futbolçu azad agent kimi "Fənərbağça"dan "Fiorentina"ya keçəcək.
İnformasiyanı insayder Canluka di Martsio yayıb. Mənbənin məlumatına görə, Ceko "bənövşəyilər"lə sonradan uzadılma variantı ilə bir illik müqavilə imzalayacaq.
Ceko bu mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Bosniyalı əvvəllər “İnter”, “Roma”, “Mançester Siti” kimi məşhur klublarla yanaşı, bir sıra digər komandalarda da çıxış edib.
“Fiorentina” A Seriyasında son mövsümü altıncı yerdə başa vurub.
Mirağa