UEFA Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 4 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçlə başa çatan müqaviləni yeniləməyib.
Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
"Araz-Naxçıvan" buna qədər Vadim Abdullayevlə yolları ayırmışdı. Əvəzində baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqavilələri yeniləyən Naxçıvan təmsilçisi Bar Cohen və Çance Simakala Ba-Muakanı transfer edib.