Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
D qrupunun 4-cü turu çərçivəsində baş tutacaq görüş oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq. “Tarçinski Arena”da oynanılacaq matça Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin Ukrayna yığması ilə ev oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.