11:35 20.06.2025 288

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

"TTQ GRUP” MMC-nin direktoru, "Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.

Fanat.Az "Musavat.com"-a istinadən xəbər verir ki, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs olunub. 

Ondan şikayətçi olan bir neçə nəfər var.
İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib.

Həmçinin Rauf Quliyev "TTQ GRUP” MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə Rauf Quliyevə 5 min, 10 min, 35 min məbləğlərində pul verən şəxslər olub.

Zərərçəkmişlərdən Qasım Kazımov və digər 3 şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.

Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: "Rauf Quliyevin adamları "TTQ GRUP” MMC adından elan saytlarında "Fərdi evlərin nağd və kreditlə tikilib satılması” başlıqlı reklam yerləşdirirlər. Ötən ilin 30 noyabrında mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Mənə şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət "Kotec” qəsəbəsi deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə 4 ay ərzində təhvil verəcəklər”.

Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb: "Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada "TTQ GRUP” MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən 20 min pulu Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən 4 ay müddətinə evi tikib tam təhvil verəcək”.

Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir: "Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər... Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi çoxsaylı adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə 4 nəfər - Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür".

Rauf Quliyev pul aldığı şəxsləri aldadaraq vədinə əməl etməyib. Zərərçəkmiş şəxslər ondan şikayətçi olub və pullarını tələb edib. Rauf Quliyev həbs ediləndən sonra zərərçəkmişlərdən bir neçəsinin zərərinin az bir hissəsini ödəyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, şikayətçilər Rauf Quliyevə qarşı mülki iddia ilə yanaşı mənəvi zərərə görə də iddia irəli sürüblər.

Rauf Quliyev törətdiyi əmələ görə özünü qismən təqsirli bilib və bəzi epizodlarda vurulmuş ziyanın məbləği ilə razılaşmayıb.

İstintaq dövründə Rauf Quliyev bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra Rauf Quliyev yenidən həbs edilib. Məhkəmənin hökmü ilə Rauf Quliyev 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Rauf Babayevlə birlikdə adı çəkilən şirkətin əməkdaşı Elnur Babayev də həbs edilib. Onlar əlbir olaraq dələduzluqda ittiham olunublar. Elnur Babayevin adı şirkət adında edilən dələduzluq epizodlarında keçir. Elnur Babayev də 3 il müddətinə azadlıqdan məhrum edilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
15:53

U-14-dən ardıcıl üçüncü qələbə

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:18

"Arsenal", yoxsa "Mançester Yunayted"? - Dyökereş seçimini etdi

14:59

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı

14:42

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

14:23

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

Facebookdan bizi izləməyi unutmayın.
X