"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt "Beershot"un baş məşqçisi postundan qovulub.
Fanat.Az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
Küyt 2023-cü ilin dekabrından sözügedən komandaya başçılıq edirdi. İlk mövsümündə o, komandanı Belçika çempionatının ikinci divizionunda çempionluğa və elitaya yüksəldib. Bununla belə, 2024/25 mövsümündə "Beershot" Pro Liqada sonuncu - 16-cı yeri tutaraq yenidən ikinci diviziona yuvarlanıb.
"Beershot" Küytün məşqçilik karyerasında ikinci klub idi. 44 yaşlı niderlandlı 2022-ci ilin iyun-noyabr aylarında "DO Den Haaq"ı çalışdırıb.