“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Fanat.Az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
“Bayquşlar” hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Sele” komandasına qarşı keçirəcəyik.