"Barselona"nın idman direktoru Deko komandanın qapıçısı Voyçex Şensnının taleyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin sözlərini belə təqdim edib:
"Voytsex Şensnı yeni müqavilə imzalayacaq və gələn mövsüm də bizdə qalacaq".
Yeni müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq. Hazırda sənədlər imzalanmaq üçün hazırlanır.
Xatırladaq ki, Şensnı ötən ilin oktyabrında "Barselona"ya keçərək, mövsümün sonuna qədər müqavilə imzalamışdı. O, bu müddətdə 30 oyun keçirib, 36 qol buraxıb. Polşalı 14 matşda qapısını təmiz saxlayıb.