Yay transfer bazarında fəallığı ilə diqqət çəkən "Bayern Münhen"in əsas məqsədi yüksək səviyyəli cinah oyunçusu almaqdır.
Fanat.Az xəbər verir ki, Almaniya çempionu son günlər adı "Barselona" ilə daha çox hallanan Niko Uilyamsı almaq baxımından ümidsizləşib.
Bununla belə, bu mövqe üçün “Bayern”in qısa siyahısında başqa oyunçular da var. "Bild"in məlumatına görə, Münhen təmsilçisi eyni anda "Liverpul"un iki futbolçusu - Kodi Qakpo və Luis Diasla maraqlanmağa başlayıb. Bundesliqa nəhəngi hər iki oyunçu üçün təkliflər hazırlayır və yaxın günlərdə İngiltərə çempionunun qapısını döyəcəkr.
"Transfermarkt" 28 yaşlı Dias və 26 yaşlı Qakponun dəyərini eyni qiymətləndirir - hər biri 70 milyon avro.
Mirağa