Yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələdə start vedməyə hazırlaşan “Şamaxı”nın daha bir sınaqçı rəqibinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Şamaxı” toplanış zamanı keçirəcəyi üçüncü yoxlama oyununda “Kəpəz”lə qarşılaşacaq.
Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, “Şamaxı” iyulun 14-də “Qəbələ”, 21-də isə “Karvan”la üz-üzə gələcək.