Klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün E və F qruplarında 3-cü - sonuncu tura yekun vurulacaq.
Saat 23:00-da "Mamelodi Sandaunz" (CAR) - "Fluminense" (Braziliya) və "Borussiya Dortmund" (Almaniya) - "Ulsan Hende" (Cənubi Koreya) görüşləri başlayacaq.
Bakı vaxtı ilə saat 05:00-dan etibarən "Urava RD" (Yaponiya) Serxio Ramoslu "Monterrey"i (Meksika), ÇL-in finalçısı "İnter" (İtaliya) isə "River Pleyt"i (Argentina) sınağa çəkəcək.
Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.