"Qalatasaray"ın və Uruqvay millisinin sabiq qapıçısı Fernando Musleranın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 39 yaşlı qolkiper karyerasını Argentina çempionatında davam etdirəcək.
“Estudiantes” klubu onun keçidini rəsmən elan edib. Təcrübəli qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Muslera "Qalatasaray"da 14 il (2011-2025) çıxış etdikdən sonra bu yay İstanbul nəhəngindən ayrılıb.