Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, sıralamanı "FourFourTwo" dərc edib.
Yenilənən reytinqə görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırda dünyanın ən yaxşı 3 məşqçisi sırasında deyil. Qvardiola PSJ-nin baş məşqçisi Luis Enrike, “Liverpul”un baş məşqçisi Arne Slot və bir müddət əvvəl “İnter”dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna gedən Simone İnzaqidən geri qalaraq dördüncü yerdə qərarlaşıb.
"FourFourTwo"-ya görə dünyanın 10 ən yaxşı məşqçisi:
Luis Enrike (İspaniya, PSJ)
Arne Slot (Niderland, "Liverpul")
Simone İnzaqi (İtaliya, "Əl-Hilal")
Xosep Qvardiola (İspaniya, "Mançester Siti")
Hans-Diter Flik (Almaniya, "Barselona")
Xabi Alonso (İspaniya, "Real Madrid")
Mikel Arteta (İspaniya, "Arsenal")
Antonio Konte (İtaliya, "Napoli")
Unai Emeri (İspaniya, "Aston Villa")
Karlo Ançelotti (İtaliya, Braziliya millisi)