ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki 1/4 finalçının adına aydınlıq gələcək.
Günün ilk qarşılaşmasında Çempionlar Liqasının finalçısı olan İtaliya "İnter"i Braziliyanın "Fluminense" komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.
Bakı vaxtı ilə gecə saat 05:00-da isə İngiltərə nəhəngi "Mançester Siti" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la üz-üzə gələcək.
Bu günkü cütlərin qalibləri 1/4 finalda qarşılaşacaqlar.
32 komandanın qatıldığı klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-də yekunlaşacaq.