Fransanın "Olimpik Lion" klubunun yeni prezidenti bəlli olub.
Fanat.Az xəbər verir ki, bu posta Mişel Kanq yiyələnib.
Məlumatı klubun rəsmi saytı yayıb.
Kanq klubun tarixində ilk qadın prezident olub. O, bu vəzifədə amerikalı Con Tekstoru əvəz edib.
2023-cü ildən Lion klubunun idarə heyətinin üzvü olan Mişel Kanq klubun Liqa 1-dən xaric edilməsinə qarşı apelyasiya prosesinə rəhbərlikdə fəal rol oynayacaq. O, amerikalı iş qadını və investordur.
Mirağa