"Bayern Münhen"in hücumçusu Harri Keyn klublararası dünya çempionatının 1/8 finalında komandasının "Flamenqo" üzərində qələbəsini şərh edib.
Fanat.Az xəbər verir ki, o, PSJ-yə qarşı keçirəcəkləri 1/4 final oyunu haqda da fikirlərini bölüşüb.
"Bayern"in mətbuat xidməti ingilis forvardın dediklərini belə çatdırıb:
"Çətin şəraitdə həqiqətən güclü komandaya qarşı ağır oyun oldu. Yaxşı başladıq, amma rəqib hər dəfə işimizi çətinləşdirirdi, xüsusən də ikinci hissədə. Buna görə də dördüncü qol çox vacib idi. Bu qol son 10 dəqiqədə oyunu sakitləşdirməyə kömək etdi. Bundan sonra oyuna yaxşı nəzarət etdik.
Qarşıda PSJ matç var. İndi bütün diqqətimiz bu matça yönəlib. Artıq bu mövsüm parislilərlə uğurlu oyun təcrübəsi var. Düzdür, onlar inanılmaz bir mövsüm keçirdilər. Amma biz onları məğlub etmişik. İndi hazır olmaq üçün enerjimizi qorumalı, pozitiv olmalıyıq. Çətin olacağını bilirik, amma əlimizdən gələni etdikdə hər kəsə qalib gələ bilərik".
"Bayern" 1/8 finalda "Flamenqo"nu 4:2 hesabı ilə məğlub edib. Keyn braziliyalılarla görüşdə iki qol vurub. PSJ - "Bayern" görüşü 5 iyulda baş tutacaq.