"Mançester Siti"nin müdafiəçisi Joşko Qvardiol komandaya gənc futbolçuların gəlməsi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "City Xtra" xorbvatiyalı ulduzun dediklərini belə çatdırıb:
"Mən qocalıram! 23 yaşım olduğuna inana bilmirəm, amma bu yeni gənc oğlanları komandada görmək xoşdur. Onlara baxanda özümü çox yaşlı hiss edirəm. Mən onlara həmişə açığam. Mən gənc olanda başqalarının mənə kömək etdiyi kimi, onlara dəstək olmağa hazıram".
Xorvatiyalı 2023-cü ildən "Mançester Siti"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 54 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Qvardiolun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Mirağa