UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olacaq Sloveniyanın "Sele" komandası heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sele" yerli qapıçı Jan-Lyuk Leban ilə anlaşıb. 22 yaşlı qolkiperlə iki illik müqavilə imzalanıb.
"Sabah"ın "Sele" ilə ilk oyunu iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da baş tutacaq.