"Portu" klubunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu məlumatı insayder Nikolo Skira sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb.
Mənbənin məlumatına görə, Portuqaliya nəhəngi 36 yaşlı italiyalı mütəxəssis Françesko Farioli ilə anlaşıb. Farioli yeni klubu ilə 2027-ci ilə qədər müddətə müqavilə imzalayıb. Üstəlik, müqavilənin müddətini sonradan daha bir mövsüm uzatmaq imkanı var.
Farioli ötən mövsüm Erediviziyanı 2-ci pillədə başa vuran "Ayaks"a rəhbərlik edib.
“Portu”ya gəlincə, komanda son Portuqaliya çempionatını üçüncü yerdə başa vurub. Bundan əlavə, komanda klublararası dünya çempionatında iştirak etsə də, üç oyunda cəmi iki xal toplayaraq qrupdan çıxa bilməyib.
Mirağa