Avrokuboklara hazırlaşan iki klubumuz - "Qarabağ" və "Zirə" bu gün yoxlama matçında üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan matçda Qurban Qurbanovun komandası inamlı qələbə qazanıb.
Matçdan 4:0 qalib ayrılan "köhlən atlar"ın heyətində Emanuel Addai, Aleksey Kaşuk və Musa Qurbanlı fərqləniblər. Daha bir qolu "Zirə"nin müdafiəçisi Ruan Renato öz qapısına vurub.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın ilk görüşü iyulun 22-də səfərdə, cavab qarşılaşması 29-da evdə baş tutacaq.
"Zirə" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.